...

İsrailin Səhiyyə Nazirliyi İranla münaqişə ilə əlaqədar gün ərzində yaralananların sayını açıqlayıb

Dünya xəbərləri Materials 11 Mart 2026 13:31 (UTC +04:00)
İsrailin Səhiyyə Nazirliyi İranla münaqişə ilə əlaqədar gün ərzində yaralananların sayını açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Səhiyyə Nazirliyinə görə son 24 saat ərzində İranla davam edən münaqişə nəticəsində 205 nəfər yaralı vəziyyətdə xəstəxanalara çatdırılıb. Bu rəqəmə həm mülki şəxslər, həm də hərbçilər daxildir.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

Məlumata görə, hazırda müalicə olunanlar arasında bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağır, 193 nəfərin vəziyyəti isə kafidir.

Nazirlik həmçinin bildirir ki, fevralın 28-də İranla müharibə başlayandan bəri ümumilikdə 2 557 nəfər xəstəxanalara yerləşdirilib və onlardan 84 nəfər hazırda xəstəxanada müalicə olunur.

Hazırda xəstəxanada olanlardan 10 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta ağır, 71 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti