...

IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib (FOTO)

Cəmiyyət Materials 11 Mart 2026 13:00 (UTC +04:00)
IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində ilk ağacəkmə aksiyası Zaqatala rayonunda təşkil edilib.

Trend xəbər verir ki, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə rayonun Əliabad qəsəbəsi ərazisində ümumilikdə 800-dən çox müxtəlif növ ağac əkilib. Əkilən ağaclar sırasında Eldar şamı, sərv, yapon əzgili, Şərq çinarı, palıd, cökə, ağcaqayın və pekan qozu kimi növlər yer alıb.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

“Yaşıl marafon” çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti