Bakı.Trend:
Külli miqdarda mənimsəmədə təqsirləndirilən Cəsarət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 1 il sınaq müddəti seçilməklə 5 il 6 ay müddətinə şərti cəza verilib.
Təqsirləndirilən şəxs Beyləqan rayonu notariusu vəzifəsini çalışıb. O, işlədiyi dövr ərzində vəzifə saxtakarlığı edib, ümumilikdə 300 min manatdan çox pul mənimsəyib.
Təqsirləndirilən Cəsarət Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cü maddələri ilə ittiham edilib.
