...

Çoxtərəfli əməkdaşlıq üçün yeni yanaşma formalaşdırılmalıdır - İsmayıl Seragəldin

Cəmiyyət Materials 11 Mart 2026 15:50 (UTC +04:00)
Çoxtərəfli əməkdaşlıq üçün yeni yanaşma formalaşdırılmalıdır - İsmayıl Seragəldin
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Çoxtərəfli əməkdaşlıq üçün yeni yanaşma formalaşdırılmalıdır.

Trend xəbər verir ki, bunu Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin martın 12-14-də keçiriləcək XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Dünya sadəcə keçid dövrünü deyil, dərin bir qırılma mərhələsini yaşayır. Belə ki, çoxtərəfli qarşılıqlı fəaliyyət qaydalarına əsaslanan əvvəlki nizam çox ciddi, hətta ölümcül zərbə alıb. Ən azı aydındır ki, biz artıq yeni bir dövrə qədəm qoymuşuq və burada söhbət yalnız keçmişə qayıtmaq və XX əsr üçün yaradılmış institutlara dönmək cəhdlərindən getmir. Əslində isə XXI əsrin problemləri ilə - istər siyasi, hərbi, ekoloji, humanitar, inkişafla bağlı və ya digər məsələlərlə - mübarizə aparmaq üçün çoxtərəfli əməkdaşlığa yeni yanaşma formalaşdırmalıyıq”, - deyə o bildirib.

İ. Seragəldin qeyd edib ki, bütün bunlar ali dəyərlərə sadiqlik tələb edir: insan hüquqları, bərabərlik, yoxsulluğun və aclığın aradan qaldırılması, ətraf mühitin qorunması, bir-birimiz qarşısında məsuliyyət, insan həmrəyliyi, biomüxtəlifliyin qorunması və su ehtiyatlarından tutmuş ərzaq təhlükəsizliyinə qədər digər mühüm məsələlər.

“Bununla yanaşı, biz institutların özünü də yenidən düşünməliyik ki, onlar həm bu günün böhranları ilə mübarizə apara bilsin, həm də gələcək strategiyaların əsasını qoya bilsin. Buna görə hesab edirəm ki, bu Qlobal Forum məhz iştirakçılarının təcrübəsi və müdrikliyinin bizə hər zamankından daha çox lazım olduğu bir məqamda keçirilir ”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti