...

İran ABŞ və İsrail üçün Hörmüz boğazından 1 litr neftin keçirilməsinə icazə verməyəcək – Silahlı Qüvvələr

Dünya xəbərləri Materials 11 Mart 2026 16:39 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ABŞ, İsrail və onların müttəfiqləri üçün Hörmüz boğazından hətta 1 litr neftin keçirilməsinə icazə verməyəcək.

Trend-in məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Xatəm Əl-Ənbiya Qərargahının sözçüsü İbrahim Zolfoqari video müraciətində deyib.

Onun sözlərinə görə, hər hansı gəmi ABŞ, İsrail və müttəfiqləri üçün neft daşımaq istəyərsə, İran Silahlı Qüvvələri tərəfindən vurulacaq. İran Silahlı Qüvvələri Hörmüz boğazında bütün təşəbbüslərə sahib olduğuna görə, bu boğazı bağlamağa ehtiyac duymur.

İranlı hərbi rəsmi Hörmüz boğazının bağlanmasına ABŞ və İsrail tərəfinin səbəbkar olduğunu bildirib.

Zolfoqari deyib ki, ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlar həyata keçirdiyinə görə, dünya bazarında 1 barel neftin qiyməti 200 dollara yüksələcək.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti