...

Baş prokuror Sabunçu rayonunda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 11 Mart 2026 15:13 (UTC +04:00)
Baş prokuror Sabunçu rayonunda vətəndaşları qəbul edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Martın 11-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Sabunçu rayon prokurorluğunun inzibati binasında Sabunçu rayonundan olan vətəndaşları qəbul edib.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak edən 20 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti