...

Həcc ziyarəti üzrə kvota tamamlanıb? - QMİ

Cəmiyyət Materials 11 Mart 2026 14:43 (UTC +04:00)
Həcc ziyarəti üzrə kvota tamamlanıb? - QMİ
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Həcc ziyarəti üzrə kvota hələ ki, tamamlanmaq üzrədir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulun vaxtının bitməsinə baxmayaraq qəbul davam etdirilir:

"Artıq kvotanın 88 faizdən çoxu tamamlanıb. İlk uçuş isə mayın 17-də olacaq. İlk zəvvar qrupunda 180 nəfər olacaq. Son günlər regionda baş verən gərginliklərlə bağlı heç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Ziyarətdən imtina edənlər yoxdur, gündəlik müraciətlər qeydə alınır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti