...

Xaçmazın Qusarçay kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Mart 2026 18:25 (UTC +04:00)
Xaçmazın Qusarçay kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qusarçay kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qusarçay, Həsənqala, Ağaverdioba və Balaqusarqışlaq kəndlərinin sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb. İcra başçısı yerlərdə ənənəvi olaraq keçirilən səyyar qəbulların əhəmiyyətindən danışıb.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenidən qurulması, daxili yolların təmiri və tibb məntəqəsinin yenilənməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini diqqətlə dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti