...

Məqsədimiz rəqəmsal texnologiyaların fermerlər üçün daha əlçatan olmasını təmin etməkdir – Məcnun Məmmədov

Cəmiyyət Materials 11 Mart 2026 11:21 (UTC +04:00)
Məqsədimiz rəqəmsal texnologiyaların fermerlər üçün daha əlçatan olmasını təmin etməkdir – Məcnun Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqi təkcə texnoloji yenilik deyil, həm də kənd təsərrüfatının idarə edilməsində yeni düşüncə modelinin formalaşması deməkdir.

Trend xəbər verir ki, bunu kənd təsərrüafatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Nazir bildirib ki, Azərbaycanın süni zəka və rəqəmsal texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi istiqamətində aparılan işlər bu sahədə yeni imkanlar yaradır və aqrar sektorun inkişafı üçün də mühüm perspektivlər açır:

“Gələcək mərhələdə əsas məqsədimiz bu texnologiyaların tətbiqini daha da genişləndirmək, mövcud modulları inkişaf etdirmək və onların fermerlər üçün daha əlçatan olmasını təmin etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti