...

EIA İƏİT ölkələri ilə bağlı maye karbohidrogenlərin hasilatı proqnozunu açıqlayıb

Energetika Materials 11 Mart 2026 21:00 (UTC +04:00)
EIA İƏİT ölkələri ilə bağlı maye karbohidrogenlərin hasilatı proqnozunu açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə 45,87 milyon barel, 2027-ci ildə isə orta hesabla günə 46,04 milyon barel təşkil edəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlı hesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.

EIA-nın qiymətləndirməsinə görə, İƏİT ölkələrinin sözügedən məhsul hasilatı 2026-cı ilin birinci rübündə orta hesabla günə 45,70 milyon barel, ikinci rübdə günə 45,50 milyon barel, üçüncü rübdə gündəlik 46,33 milyon barel, dördüncü rübdə isə günə 45,95 milyon barel təşkil edəcək.

Qurumun 2027-ci il üçün isə İƏİT ölkələri üzrə neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir: birinci rübdə hasilatın günə 45,68 milyon barel, ikinci rübdə günə 45,81 milyon barelə, üçüncü rübdə günə 46,52 milyon barel, dördüncü rübdə isə gündəlik 46,15 milyon barel səviyyəsində olacağı gözlənilir.

EİA-nın proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olmayan ölkələr üzrə isə neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə 59,30 milyon barel, 2027-ci ildə isə orta hesabla günə 60,56 milyon barel təşkil edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti