...

Tələbə Gənclər Təşkilatı İttifaqının sədri gəncləri milli-mənəvi dəyərləri qorumağa çağırıb

Cəmiyyət Materials 11 Mart 2026 11:41 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün təqdimatı keçirilən kitab qədim tariximizi və qədim dövr ənənələrimizi sübut edən bariz nümunələrdən biridir.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov “Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda gənclər arasında belə kitabların nəşrinə böyük ehtiyac var. Gənclərimiz çoxminillik dəyərlərimizə sahib çıxmalı, onları öyrənməli və qorumaq üçün məsuliyyət daşımalıdırlar:

“Tələbə Gənclər Təşkilatları bu cür nəşrlərin gənclər arasında daha geniş yayılması və daha çox oxucuya çatdırılması üçün bütün güclərini sərf edir. Məqsədimiz isə gənclərin milli-mənəvi dəyərlərimizin qorunmasında daha fəal iştirak etmələrini təmin etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti