Bakı. Trend:
Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcədən 5 dərəcəyədək, gündüz 7
dərəcədən 12 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 775 mm civə
sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %,
gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı
ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 3 dərəcədən 7 dərəcəyədək, gündüz 8
dərəcədən 13 dərəcəyədək, dağlarda gecə -7 dərəcədən -12
dərəcəyədək, gündüz -3 dərəcədən axtadan -2 dərəcəyədək olacaq.
