Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,7 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 7% artaraq 865,4 min nəfər təşkil edib.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövrünə aktiv ƏDV ödəyicilərinin sayı isə ilin əvvəlinə nisbətən 2,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,2 artaraq 59,6 min təşkil edib.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı ilin əvvəlinə nisbətən 1,5 faiz, ötən ilin eyni dövrün ilə müqayisədə isə 7,4% artıb və 236,4 min olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə isə aktiv vergi ödəyicilərinin sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 0,2 faiz artaraq 808,4 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 2,4 faiz artaraq 54,1 min təşkil etmişdi. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 faiz artaraq 220,2 min olub.
