...

İrana qarşı əməliyyatların heç bir vaxt məhdudiyyəti yoxdur - İsrail müdafiə naziri

Dünya xəbərləri Materials 11 Mart 2026 17:15 (UTC +04:00)
İrana qarşı əməliyyatların heç bir vaxt məhdudiyyəti yoxdur - İsrail müdafiə naziri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-İsrailin İrana qarşı əməliyyatının heç bir vaxt məhdudiyyəti yoxdur.

Trend xəbər verir bunu İsrailin müdafiə naziri İsrail Katz bildirib.

“Əməliyyat qarşıya qoyulmuş bütün məqsədlərə nail olub kampaniyada zəfər çalana qədər, nə qədər lazım olsa, heç bir vaxt məhdudiyyəti olmadan davam edəcək”,- deyə Katz İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və Baş Qərargah üzvləri ilə keçirdiyi görüşdə deyib.

Katz İsrail hökumətinin öncəki mesajını bir daha təkrar edərək bildirib ki, İsrail Müdafiə Qüvvələrinin zərbələrinin məqsədlərindən biri də “İran xalqına ayaqa qalxmaq, hərəkətə keçmək və bu rejimi devirmək imkanı yaratmaqdır.

“Nəticə etibarilə bu, onların özlərindən asılıdır”,- deyə Katz əlavə edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti