...

OPEC 2026-2027-ci illərdə dünyada xam neft hasilatı barədə proqnozlarını açıqlayıb

Energetika Materials 11 Mart 2026 20:14 (UTC +04:00)
OPEC 2026-2027-ci illərdə dünyada xam neft hasilatı barədə proqnozlarını açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə dünyada neftə olan tələbat sutkada 106,53 milyon barel olacaq.

Trend xəbər verir ki, bu barədə OPEC-in hesabatında qeyd olunur.

Məlumata görə, 2027-ci ildə dünya üzrə neft tələbatı davamlı artımını davam etdirərək, ortalama sutkada 107,87 milyon barel təşkil edəcək ki, bu da 2026-cı illə müqayisədə sutkada 1,34 milyon barel daha çoxdur.

Hesabatda qeyd olunur ki, 2027-ci ilin ilk rübündə sutkada 106,89 milyon barel, ikinci rübündə 106,81 milyon barel, üçüncü rübündə 108,46 milyon barel və dördüncü rübündə isə 109,29 milyon barel neft istehlakı proqnozlaşdırılır.

Bundan əlavə, qeyd edək ki, 2026-cı ilin fevral ayında Azərbaycan ərazisində xam neft istehsalı ortalama 458 min barel təşkil edib.

Təşkilatın məlumatına əsasən, bu göstərici 2025-ci ilin dekabr ayı ilə eyni səviyyədə qalsa da, cari ilin yanvar ayı ilə müqayisədə artaraq, o vaxt istehsal 457 min barel idi.

Bundan başqa, OPEC analitikləri qeyd edirlər ki, 2025-ci ildə ölkənin orta illik neft hasilatı sutkada 461 min barel təşkil edib, bu isə 2024-cü ildəki sutkada 481 min barel göstəricisindən azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti