...

Baş nazir Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 11 Mart 2026 17:43 (UTC +04:00)
Baş nazir Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 11-də ölkəmizdə səfərdə olan Kosta Rika Respublikasının Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı F.Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib.

Görüşdə Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti