...

Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək məlumatların dairəsi müəyyənləşib

Cəmiyyət Materials 11 Mart 2026 17:50 (UTC +04:00)
Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək məlumatların dairəsi müəyyənləşib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”ndə nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının toplandığı informasiya sistemlərinin (ehtiyatlarının) bələdiyyələrin vahid informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasını təmin etməlidir.

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”ndə qeyd olunan dövlət orqanları (qurumları) fəaliyyət istiqamətlərinə uyğun olaraq bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

Xəbər lenti

Xəbər lenti