Bakı. Trend:
Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.
Bu barədə Trend-ə Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan məlumat verilib.
Bildirilib ki, konsulluq vətəndaşı və ailə üzvünü hava limanına yola salıb. Onun bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.
