...

Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq - Antonio Koşta

Siyasət Materials 11 Mart 2026 17:46 (UTC +04:00)
Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq - Antonio Koşta
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhlizin inkişafı strateji imkanlar təklif edir. Bakı-Naxçıvan dəmir yolu layihəsinin başa çatdırılması da olduqca vacib bir elementdir. Bu, Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq.

Trend xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Antonio Koşta bu layihənin yeni iş yerləri yaradacağını və ölkələrin iqtisadiyyatlarını gücləndirəcəyini vurğulayaraq deyib:

“Biz Azərbaycanın firavan və bir-birinə bağlı olan Cənubi Qafqaz ölkələri ilə bağlı baxışını paylaşırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti