Bakı. Trend:
bp mədəni irsimizin qorunmasına və Azərbaycan kinematoqrafçılarının irsininin gələcək nəsillər üçün daim ilham mənbəyi olmasına xidmət edən belə bir layihəni dəstəkləməkdən qürur duyur.
Trend xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakıda bp-nin maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) layihəsinin təqdimatında çıxışı zamanı deyib.
O, sözügedən layihə ilə bağlı təəsüratlarını bölüşüb: "Azərbaycan kinosunun 1898-ci ildə yarandığı gündən bəri keçdiyi tarixi yol mədəni inkişafımızın çox əlamətdar bir hissəsidir. Kinematoqrafiya yaradıcılığının bir əsrdən çox tarixini bu qədər dəqiqlik və fədakarlıqla sənədləşdirməklə hörmətli Aydın Kazımzadə incəsənət və akademik İctimaiyyətimiz üçün uzunmüddətli dəyər daşıyan bir əsər yaradıb".
Qeyd edək ki, bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub.
