...

Azərbaycandan yanacaq idxalı Ermənistanda uzun illərin monopoliyasını dağıdıb - Nikol Paşinyan

Siyasət Materials 11 Mart 2026 18:04 (UTC +04:00)
Azərbaycandan yanacaq idxalı Ermənistanda uzun illərin monopoliyasını dağıdıb - Nikol Paşinyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan neft məhsullarının idxalı Ermənistanın yanacaq sektorunda onilliklər boyu mövcud olmuş monopoliyanı dağıdıb.

Trend xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

“Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir. Bu, daxili bazarımızda yanacağın qiymətlərinin aşağı düşməsinə kömək edib və yanacaq sektorunda onilliklər boyu mövcud olmuş monopoliyaları dağıdıb”, – deyə o bildirib.

Baş nazir həmçinin yaxın gələcəkdə Azərbaycanın Ermənistan üçün ixrac istiqamətlərindən birinə çevriləcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı benzin göndərib.

Daha sonra 2026-cı il yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı göndərilib. Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı benzin yüklənmiş 18 vaqondan ibarət qatar yola salınıb.

Fevralın 25-də 4 500 ton dizel yanacağı tədarük edilib, martın 5-də isə 1 984 ton dizel yanacağı yüklənmiş 31 vaqon göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti