...

Cenevrədə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Gündəm Materials 11 Mart 2026 12:57 (UTC +04:00)
Cenevrədə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zikhlərin müqaviməti və BMT” adlı beynəlxalq konfrans keçiriləcək.

Trend xəbər verir ki, tədbirdə Zikh diasporunun Kanada, Böyük Britaniya, Avstralia və ABŞ-dəki nüfuzlu nümayəndələri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcək.

Konfransda Hindistan hökumətinin digər etnik icmalara qarşı həyata keçirdiyi təhdidlər və repressiv siyasət nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan, hazırda xarici ölkələrdə yaşayan etnik icmaların nümayəndələrinin — zikh fəallarının, diaspor təşkilatlarının rəhbər şəxslərinin, eləcə də onların ailə üzvlərinin Hindistan hakimiyyət orqanları tərəfindən son dövrlərdə artan hücumlara və terror təhdidlərinə məruz qalması faktları ətrafında müzakirələr aparılacaq. Təşkil edilmiş hücumların fundamental azadlıqlar və insan hüquqları baxımından yaratdığı ciddi risklər, diaspor təşkilatlarına qarşı yönəlmiş transsərhəd təzyiqlər və təhdidlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bu xüsusda beynəlxalq təşkilatların diqqətinin sözügedən məsələlərə yönəldilməsinin zəruriliyi, Hindistan hökumətinin ölkə daxilində və xaricində etnik azlıqlara qarşı repressiv siyasətinin BMT və onun müvafiq qurumlarının gündəliyinə çıxarılması imkanları, xüsusilə İnsan Hüquqları Şurası çərçivəsində mövcud prosedur və mexanizmlərin daha effektiv şəkildə tətbiqi, eləcə də BMT- nin transsərhəd, etnik azlıqlar və onların hüquqları üzrə ixtisaslaşmış məruzəçiləri (reparteurs) tərəfindən Hindistan hökumətinin zikh icmasına qarşı həyata keçirdiyi qanunsuz təqib və təzyiq hallarının sistemli şəkildə sənədləşdirilməsi, eləcə də bu kimi halların qarşısının alınması məqsədilə qlobal səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyi, Hindistan hökumətinin beynəlxalq müstəvidə məsuliyyəti konfransın əsas müzakirə mövzusu olacaq.

Beynəlxalq konfransın ardınca, Cenevrə Mətbuat Klubunda Bakı Təşəbbüs Qrupu və Zikh Federasiyası tərəfindən hazırlanmış birgə hesabatın təqdimatı keçiriləcək və media nümayəndələrinin sualları cavablandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti