Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff martın 10-na planlaşdırılan İsrail səfərinin təxirə salınmasından sonra bildirib ki, o və ABŞ prezidentinin kürəkəni Cared Kuşner gələn həftə yəhudi dövlətinə səfər edə bilərlər.
Trend xəbər verir ki, Uitkoff bu fikirləri CNBC-yə verdiyi müsahibə zamanı səsləndirib.
“Böyük ehtimalla bu səfər gələn həftə baş tutacaq. Lakin hələ tam əmin deyilik”, – deyə o vurğulayıb.