...

Beynəlxalq Enerji Agentliyi dünya bazarına rekord həcmdə neft çıxarmağa hazırlaşır

Dünya xəbərləri Materials 12 Mart 2026 01:04 (UTC +04:00)
Beynəlxalq Enerji Agentliyi dünya bazarına rekord həcmdə neft çıxarmağa hazırlaşır

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyinin (BEA) üzv ölkələri Yaxın Şərqdə artan gərginlik fonunda enerji qiymətlərində yüksəlişin qarşısını almaq məqsədilə strateji ehtiyatlardan dünya bazarına indiyədək ən böyük həcmdə neft buraxılması barədə razılığa gəliblər.

Trend təşkilatın rəsmi saytına istinadən bildirir ki, söhbət təxminən 400 milyon barel neftdən gedir.

“Reuters” agentliyi daha əvvəl xəbər vermişdi ki, bu prosesin həyata keçirilməsi azı iki ay davam edə bilər.

Qeyd edək ki, BEA-ya daxil olan ölkələr 1,2 milyard bareldən artıq strateji neft ehtiyatına, həmçinin 600 milyon barel sənaye ehtiyatına malikdirlər.

Xəbər lenti

Xəbər lenti