Bakı. Trend:
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Trend xəbər verir ki, İngiltərənin "Arsenal" klubu Almaniyada "Bayer"in qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İlk hissədə qapılara qol vurulmayıb. İkinci yarının əvvəlində - 46-cı dəqiqədə Robert Andrix fərqlənib. London təmsilçisi məğlubiyyətdən matçın sonlarına yaxın xilas ola bilib. Təyin olunan penaltini 89-cu dəqiqədə Kay Haverts dəqiq yerinə yetirib.
Komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək.