...

Yevlaxda 2 yaşlı uşaq su arxına yıxılaraq ölüb

Hadisə Materials 11 Mart 2026 22:36 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlax rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Qaraçılar məhəlləsində qeydə alınıb. Məlumata görə, 2024-cü il təvəllüdlü azyaşlı valideyn nəzarətindən kənarda qaldığı zaman yaxınlıqdan keçən su arxına düşüb və boğulub.

Ailə üzvləri hadisədən xəbər tutaraq uşağı sudan çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti