Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib.
Trend-in məlumatına görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiya aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri
Kollegiyanın üzvləri:
Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Aparatının
rəhbəri
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin
müdiri
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin
müdiri
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə
Nəzarəti İdarəsinin rəisi
