...

"Bavariya"nın heyətində ciddi itkilər baş verib

İdman Materials 12 Mart 2026 07:07 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itkilər baş verib.

Trend xəbər verir ki, qapıçı Yonas Urbiq, müdafiəçi Alfonso Deyvis və yarımmüdafiəçi Camal Musiala sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər üç futbolçu UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Atalanta" ilə İtaliyada keçirilən ilk oyununda (6:1) zədələniblər.

Urbiqə beyin silkələnməsi diaqnozu qoyulub. Alfonso Deyvisin sağ bud əzələsi qopub. Musiala isə topuğundan zədə alıb. Almaniyalı hücumameyilli yarımmüdafiəçi ötən ilin yayında klublararası dünya çempionatında topuğundan aldığı zədəyə görə uzun müddəy yaşıl meydanlardan uzaq qalmışdı.

Klubun tibbi heyəti oyunçuların müalicə prosesinə başlayacaq.

Xəbər lenti

Xəbər lenti