Bakı. Trend:
Dubayda pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına düşüb.
Trend xəbər verir ki, bu barədə əmirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hakimiyyət orqanları binada olan insanların təhlükəsizliyini təmin etmək məqsədilə təxliyə tədbirləri həyata keçirir.
Məlumata görə, mülki müdafiə xidmətinin əməkdaşları yanğını nəzarət altına alıblar. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur.