...

OPEK 2026-2027-ci illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə neft tələbatı ilə bağlı proqnoz verib

Energetika Materials 12 Mart 2026 10:01 (UTC +04:00)
OPEK 2026-2027-ci illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə neft tələbatı ilə bağlı proqnoz verib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə neftə tələbat günə 46,08 milyon barel təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə OPEC-in hesabatında bildirilib.

Hesabata əsasən, 2027-ci ildə OECD ölkələrində neftə tələbat sabit artımını davam etdirəcək və orta hesabla günə 46,19 milyon barel təşkil edəcək ki, bu da 2026-cı illə müqayisədə sutkada 110 min bareldən çox artım deməkdir.

Qeyd olunur ki, 2027-ci ilin birinci rübündə istehlakın günə 45,41 milyon barel, ikinci rübdə 45,89 milyon barel, üçüncü rübdə artıq 46,60 milyon barel, dördüncü rübdə isə 46,19 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, proqnozlara görə 2026-cı ildə qlobal neftə tələbat günə 106,53 milyon barel təşkil edəcək.

Məlumata əsasən, 2027-ci ildə dünya üzrə neftə tələbat sabit artımını davam etdirərək orta hesabla günə 107,87 milyon barel olacaq ki, bu da 2026-cı illə müqayisədə günə 1,34 milyon barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti