Bakı. Trend:
Bu gün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forum keçirilir.
Trend xəbər verir ki, tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev və DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev çıxış edəcəklər.
Forumda həmçinin dövlət qurumlarının təmsilçiləri, özəl sektor nümayəndələri və müstəqil ekspertlər iştirak edəcəklər.
Xəbər yenilənəcək
