Bakı. Trend:
Müasir aqressiv dünyada ədalət prinsiplərinə riayət etməyə can atmaq vacibdir.
Trend xəbər verir ki, bunu bu gün Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberqa “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunun açılışında bildirib.
“Dünya təhlükəli, aqressiv, mahiyyət etibarilə pis və dəhşətli ideyalarla doludur. Lakin eyni zamanda bizim can atmalı olduğumuz dəyərlər də var. Tarix göstərir ki, həqiqi böyüklük mövcuddur. Ədalətin, haqqın və qaydaların nə olduğu, onların barbarlığı sivilizasiyadan necə fərqləndirə bildiyi barədə anlayış var”, – deyə o qeyd edib.
Sabiq prezident vurğulayıb ki, parçalanmış və münaqişələrlə dolu dünyada münaqişələr, fikir ayrılıqları və mövqe fərqləri hərbi əməliyyatlara, ölüm və dağıntılara çevrilir, bu isə təkcə insanların həyatına son qoymur, həm də sivilizasiyanın itirilməsi ilə nəticələnir.
Vike-Freyberqa forum çərçivəsində aparılacaq müzakirələrin dünya ictimaiyyətinin hazırda hansı mərhələdə olduğu, səhvlərin niyə baş verdiyi və ayrı-ayrı şəxslərin və qrupların hansı addımlar ata biləcəyi ilə bağlı qlobal diskussiyaya töhfə verəcəyinə ümid etdiyini bildirib.
