Bakı. Trend:
Bəhreynin Daxili İşlər Nazirliyi İranın Məhrək bölgəsindəki yanacaq anbarına endirdiyi zərbədən sonra meydana gələn güclü yanğının görüntülərini yayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Görüntüdə əraziyə səfərbər olunmuş xilasedicilərin sürətlə yayılan alovu söndürməyə çalışdığını görmək olur.
Qeyd edək ki, ABŞ hərbi dəniz qüvvələrinin Beşinci Donanmasının bazası Bəhreyndə yerləşir və ölkə mütəmadi olaraq İranın raket-dron hücumlarına məruz qalır.
Fevralın 26-da Cenevrədə İranın nüvə proqramı ilə bağlı ABŞ–İran danışıqlarının üçüncü raundu keçirilsə də, razılaşma əldə olunmayıb.
Fevralın 28-də ABŞ və İsrail İranın hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirib. Hücumlar nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi-siyasi şəxslər həlak olub. İran isə buna cavab olaraq İsrailə və regiondakı ABŞ bazalarına raket və dron hücumları həyata keçirib.
Sonrakı günlərdə qarşıdurma genişlənib. ABŞ Hind okeanında İranın “IRIS Dena” freqatını batırıb, martın 8-də isə Seyid Muctaba Xamenei İranın üçüncü Ali Lideri seçilib. Münaqişə regionda təhlükəsizliyi və enerji bazarını ciddi risk altına salıb.
