Bakı. Trend:
Qlobal Bakı Forumunda təhlükəsizlik və enerji məsələləri müzakirə olunacaq.
Trend xəbər verir ki, bunu bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində Bolqarıstanın keçmiş baş naziri Kiril Petkov jurnalistlərə açıqlamasında bildirib.
"Bolqarıstan Azərbaycanın dostudur. Mən qarşıdakı bir neçə gün ərzində çox məhsuldar görüşlərin keçiriləcəyinə ümidvaram. Həmin görüşlərin gedişində son zamanlar son dərəcə böyük əhəmiyyət kəsb edən təhlükəsizlik və enerji ilə bağlı məsələlər müzakirə ediləcək", - deyə o bildirib.
Sabiq baş nazirin sözlərinə əsasən, indi region və bütövlükdə dünya üçün çox vacib bir dövrdür və bu eyni zamanda maraqlı tərəflər arasında fikir mübadiləsi üçün də önəmlidir.
Petkov forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
