Bakı. Trend:
AEM tərəfindən təqdim edilən video materiala baxış zamanı hər hansı tibbi müdaxilə və ya tibbi xidmətin göstərilməsi faktı müşahidə olunmur. Bu səbəbdən qeyd olunan fəaliyyət tibb fəaliyyəti kimi qiymətləndirilmir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyye Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
“Bi-Es” klinikasına gəldikdə, müəssisə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziya əsasında fəaliyyət göstərir və lisenziyada nəzərdə tutulan xidmətlər çərçivəsində fəaliyyət göstərməsi məqsədəmüvafiq hesab olunur", - qurumdan əlavə olunub.
Qeyd edilir ki, konkret faktla bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığından, iş üzrə ətraflı məlumat yalnız istintaq orqanları tərəfindən təqdim edilə bilər:
"Ümumilikdə bildiririk ki, mediada qeyd olunan və “əl enerjisi ilə müalicə” kimi təqdim edilən üsullar tibbi fəaliyyət növü hesab edilmir və lisenziyalaşdırılan tibbi xidmətlər siyahısına daxil olmadığından həmin fəaliyyətlərə Səhiyyə Nazirliyi tərəfindən nəzarət həyata keçirilmir".
Qeyd edək ki, dünən Bakıda klinikada anşlaqa səbəb olan özbək həkim saxlanılıb. Belə ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.
O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib.
