...

Elektron ticarət və rəqəmsal xidmətlərdə istehlakçı hüquqlarının qorunması vacibdir - Cəfər Babayev

Cəmiyyət Materials 12 Mart 2026 10:43 (UTC +04:00)
Elektron ticarət və rəqəmsal xidmətlərdə istehlakçı hüquqlarının qorunması vacibdir - Cəfər Babayev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“2025-ci ilin təhlilləri göstərir ki, istehlakçılarla istehsalçı qurumlar arasında yaranan mübahisələrlə bağlı Agentliyə daxil olan müraciətlərin təxminən 30 faizi rəqəmsal sahə ilə əlaqədardır”.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev bu gün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən forumda deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın statistikasına əsasən, hər il elektron platformalarda həyata keçirilən ticarət dövriyyəsinin, eləcə də ödənişlərin sayı və həcmi durmadan artır:

"Bu sahədə istehlakçı hüquqlarının müdafiə olunması üçün agentliyin dövlət orqanı kimi qanunvericiliklə müəyyən edilmiş bir sıra səlahiyyətləri mövcuddur. Bununla yanaşı, biz yalnız qanunun bizə verdiyi imkanlarla deyil, həm də mövcud “yumşaq güc” alətlərindən istifadə etməklə istehlakçı hüquqlarının qorunmasını təmin etməyə çalışırıq”.

"Ellektron ticarət sahəsində formalaşan münasibətlər göstərir ki, artıq ənənəvi istehlakçı–sahibkar münasibətlərinə fərqli prizmadan yanaşmaq zəruridir. Bu səbəbdən biz elektron platforma sahibləri və sahibkarlarla mütəmadi görüşlər keçirir, bu görüşlər zamanı istehlakçı hüquqlarının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayırıq. Digər tərəfdən, istehlakçılarla da işimiz davam etdirilir. Bu sahədə ən güclü alətimiz maarifləndirmədir. Maarifləndirmə prosesində istehlakçılara qanunvericiliklə onlara verilmiş hüquqlar barədə mümkün qədər ətraflı məlumat verilir və elektron ticarət zamanı qarşılaşa biləcəkləri risklərdən necə qoruna biləcəkləri izah olunur”, o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti