...

Qayınanasını qətlə yetirməkdə təqsirləndirilən qadına hökm oxunub

Gündəm Materials 12 Mart 2026 10:57 (UTC +04:00)
Qayınanasını qətlə yetirməkdə təqsirləndirilən qadına hökm oxunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rufanə İmanovanın məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hadisə Astara rayonunda baş verib. Rufanə İmanova mübahisə nəticəsində qayınanası Xalidə Manafovanı qətlə yetirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti