...

Ötən il Azərbaycanda ödəniş bazarı iştirakçıları 63 milyard manatlıq əməliyyat aparıblar - AMB

İqtisadiyyat Materials 12 Mart 2026 17:42 (UTC +04:00)
Ötən il Azərbaycanda ödəniş bazarı iştirakçıları 63 milyard manatlıq əməliyyat aparıblar - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların həcmi 62.8 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, o cümlədən elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının həcmi 19.7 milyard manat olub. Elektron pulun emissiyası ilə bağlı olmayan digər ödəniş xidmətləri üzrə əməliyyatların həcmi isə 43.1 milyard manat təşkil edib.

“Ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması çərçivəsində hesabat dövrü ərzində 3 elektron pul təşkilatı, 2 ödəniş təşkilatı və 1 operatora Mərkəzi Bank tərəfindən müvafiq lisenziyalar verilmişdir. 2025-ci ilin sonuna ödəniş bazarında 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərir”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti