...

İraqın Ərbil şəhərində partlayış səsləri eşidilir - KİV

Dünya xəbərləri Materials 12 Mart 2026 16:32 (UTC +04:00)
İraqın Ərbil şəhərində partlayış səsləri eşidilir - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə İran, İsrail və ABŞ-nin cəlb olunduğu münaqişə davam etdiyi əsnada İraqın Ərbil şəhərinə güclü partlayış sədaları yayılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ərbil şəhərinin hava hücumlarından müdafiə sistemlərinin hava məkanını pozan bir neçə pilotsuz uçuş aparatını zərərsizləşdiyi bildirilir.

Xatırladaq ki, İraqın şimalında, yarım-muxtar Kürd bölgəsinin şəhərində ABŞ-nin bir hərbi bazası və diplomatik missiyalar yerləşir. Bu baxımdan şəhər martın əvvəlindən bəri müntəzəm olaraq ballistik raket və dron hücumlarına məruz qalır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti