Bakı. Trend:
Azərbaycanda da fəaliyyət göstərən Trendyol hazırda 27-si Avropada, 6-sı Qafqaz bölgəsində olmaqla, o cümlədən Azərbaycan daxil olmaqla ümumilikdə 35 ölkədə xidmət göstərir.
Trend xəbər verir ki, bunu Trendyol şirkətinin Marketinq şöbəsibin müdiri Erdem Biçer bu gün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən forumda bildirib.
Onun sözlərinə görə, platformanın gündəlik orta ziyarətçi sayı 20 milyondan çoxdur, aktiv istifadəçilərin sayı isə 40 milyonu keçir:
"Satılan məhsulların sayı 1 milyarddan çoxdur. Eyni zamanda platformada 250 mindən artıq aktiv satıcıdan ibarət satıcı portfeli mövcuddur.
Dünyada e-ticarətin pərakəndə ticarətdə payı getdikcə artır. Hazırda bu göstərici təxminən 20 faizə yaxınlaşır. Proqnozlara görə, 2027-ci ildə bu payın 25 faizi keçəcəyi gözlənilir", - o bildirib.
