...

Azərbaycan ilə Aİ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir – RƏY

Siyasət Materials 12 Mart 2026 14:30 (UTC +04:00)
Azərbaycan ilə Aİ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir – RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər ölkəmizin Avropa məkanı ilə əməkdaşlığının yeni mərhələyə daxil olduğunu bir daha göstərir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji və nəqliyyat sahələrində də genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir:

“Dövlət başçısının vurğuladığı kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi hər iki tərəf üçün yeni imkanlar yaradır. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsinin Avropa bazarı ilə bağlı olması Azərbaycan iqtisadiyyatının beynəlxalq inteqrasiyasının göstəricisidir və gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə zəmin yaradır.

Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan–Avropa əlaqələrinin əsas sütunlarından biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması artıq beynəlxalq səviyyədə qəbul olunan faktdır. Bu gün bir sıra Avropa ölkələrinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, ölkəmizin yeni qaz yataqlarının istismarı və ixrac imkanlarının artırılması istiqamətində gördüyü işlər Avropa bazarı üçün də böyük əhəmiyyət daşıyır.

Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr də xüsusi diqqətə layiqdir. Günəş, külək və su enerjisinin inkişafına yönələn investisiyalar Azərbaycanın gələcək enerji strategiyasının mühüm hissəsidir və bu sahədə Avropa ilə əməkdaşlıq yeni texnologiyaların tətbiqinə və “yaşıl enerji” ixracına geniş imkanlar açır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də regionda sülh və sabitlik məsələsinə verdiyi önəm idi:

“Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlər və sülh gündəliyinin irəli aparılması Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşması baxımından mühüm addımdır. Azərbaycan tərəfindən həyata keçirilən tranzit və iqtisadi əməkdaşlıq təşəbbüsləri də sülhün praktik addımlarla möhkəmləndirildiyini göstərir.

Hesab edirəm ki, Azərbaycanın balanslı və praqmatik xarici siyasəti ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, eyni zamanda regionda sülhün möhkəmləndirilməsi Azərbaycanın strateji maraqlarına xidmət edən əsas istiqamətlərdəndir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti