...

BMT və onun Təhlükəsizlik Şurasının yenidən təşkili tələb olunur - Norveçin keçmiş baş naziri

Siyasət Materials 12 Mart 2026 14:53 (UTC +04:00)
BMT və onun Təhlükəsizlik Şurasının yenidən təşkili tələb olunur - Norveçin keçmiş baş naziri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin və BMT Təhlükəsizlik Şurasının yenidən təşkilinə ehtiyac var.

Trend xəbər verir ki, bunu bu gün Norveçin keçmiş baş naziri Kyell Maqne Bunnevik “Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması”mövuzunda 13-cü Qlobal Bakı Forumunda bildirib.

“Biz yeni beynəlxalq nizamla, daha doğrusu, hazırda beynəlxalq arenada hökm sürən xaosla üz-üzəyik. Hazırda beynəlxalq nizamsızlıq mövcuddur. Beynəlxalq nizam artıq yoxdur. Vəziyyət belədir və bu, çox təhlükəlidir. İkinci Dünya müharibəsindən sonra biz yeni beynəlxalq nizam yaratdıq, BMT-ni və onun bir sıra qurumlarını təsis etdik”, – deyə o bildirib.

Norveçin keçmiş baş naziri hazırda Birləşmiş Millətlər Təşkilatının zəiflədiyini bildirib.

“Yeni və dayanıqlı beynəlxalq nizamın yaradılması bu günün əsas vəzifəsidir. Hesab edirəm ki, gələcəkdə regional təşkilatlar daha mühüm rol oynayacaq. Xüsusilə təhlükəsizlik məsələlərində qlobal deyil, regional qurumlar ön plana çıxacaq. Biz gələcəkdə daha kiçik, lakin ümid edirəm ki, daha səmərəli BMT-yə hazır olmalıyıq”.

Onun sözlərinə görə, dayanıqlı inkişaf, yeni beynəlxalq nizam və ədalətli qüvvələr balansı BMT-nin və BMT Təhlükəsizlik Şurasının yenidən təşkilini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti