...

Daha bir tiktoker saxlanılıb

Cəmiyyət Materials 12 Mart 2026 15:29 (UTC +04:00)
Daha bir tiktoker saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb.

Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti