Bakı. Trend:
İranın Ali Lideri olmaq çox ağır məsuliyyətli vəzifədir.
Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İran vətəndaşlarına müraciətində bildirib.
Onun sözlərinə görə, İran İslam İnqilabının banisi Ayətullah Seyid Ruhulla Xomeyni və İslam İnqilabının Ali Lideri Ayətullah Seyid Əli Xameneinin olduğu bu ağır məsuliyyətli vəzifədə olmaq çətin işdir.
Xamenei qeyd edib ki, çünki bu vəzifə 60 ildən çox ömrünü çətinliklər qarşısında dayanan və ölkənin tarixi hökmdarlarından birinə çevrilən şəxsiyyətin daşıdığı vəzifədir.
“Mən onun cəsədini ziyarət etməyə nail olmuşam. Onun sağlam əlinin yumruq olduğunu eşitdim. Ekspertlər Məclisinin səsvermə ilə bağlı qərarı haqda İran televiziyası vasitəsi ilə məlumat almışam”, - deyə o bildirib.
