Bakı.Trend:
Avropa Şurasının Prezidenti Antonio Koşta dünən Azərbaycana səfər edib. Əminəm ki, bu səfər həm Azərbaycanda, həm də Avropada prioritetlərin müəyyənləşdirilməsinə kömək edəcək. Həmçinin birgə nələr edə biləcəyimizi, hansı ortaq layihələri və maraqları müəyyənləşdirəcəyimizi aydınlaşdıracaq.
Trend xəbər verir ki, bu fikirləri bu gün Avropa İttifaqı Şurasının fəxri prezidenti Şael Mişel bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Mişel qeyd edib ki, mövcud vəziyyətdə bu çox vacibdir: "Bir tərəfdən qəbul etməliyik ki, müəyyən fərqlərimiz ola bilər. Lakin bu fərqlər ortaq maraqlar üzrə əməkdaşlıq və əlaqələndirməyə mane olmamalıdır".
O həmçinin vurğulayıb ki, enerji bəzən vasitə və ya təzyiq aləti kimi istifadə oluna bilər: "Enerjidən intimidasiya etmək, təzyiq göstərmək və digər tərəflərə qarşı düşmən mövqe sərgiləmək cəhdləri ola bilər".
Mişel əlavə edib ki, məhz buna görə bir çox ölkə və region enerji sahəsində əməkdaşlığı diversifikasiya etməyə çalışır: "Həddindən artıq asılılıq olduqda, təhdidlər, şantaj və təzyiq riskləri artır".
O, bu regionda enerji sahəsində mühüm rol oynayan ölkələrin olduğunu qeyd edərək, onların sabitlik və proqnozlaşdırıla bilənlik təmin edə biləcəyini bildirib: "Bu, mövcud şəraitdə xüsusilə böyük əhəmiyyət daşıyır".
