...

Yaxın Şərqdə hüquqi vəziyyət mürəkkəbdir, lakin təhlükələr artmaqdadır - Sabiq Kansler

Siyasət Materials 12 Mart 2026 13:46 (UTC +04:00)
Yaxın Şərqdə hüquqi vəziyyət mürəkkəbdir, lakin təhlükələr artmaqdadır - Sabiq Kansler
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqı daxilində əməkdaşlıq da mövcuddur və bu, çox məntiqlidir. Buna görə də deyərdim ki, güclü NATO-nun zəruriliyi ilə yanaşı, Avropa daxilində güclü əməkdaşlığa da ehtiyac var. Avstriya da neytral ölkə olsa belə, bu əməkdaşlığın bir hissəsidir.

Trend xəbər verir ki, bu fikirləri bu gün Avstriya Respublikasının sabiq Federal Kansleri Sebastian Kurts XIII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət – Yeni Məsələlər, Yeni Çağırışlar" adlı paneldə çıxışında bildirib.

Sabiq Federal Kanslerin fikrincə, Yaxın Şərqdə hüquqi baxımdan vəziyyət mürəkkəbdir və hücumları tənqid edənlər, yəqin ki, hüquqi baxımdan haqlıdırlar:

“Eyni zamanda mən İsraildə 7 oktyabr hadisələrinin şahidi olmuşam və 9 milyon əhalisi olan bir ölkə üçün bir gün ərzində minlərlə insanın öldürüldüyünü, yüzlərlə insanın girov götürüldüyünü görmək və hiss etmək nə deməkdir, bunu başa düşmüşəm. Bu, həm də terror qrupları tərəfindən aparılan hibrid hücumların nə qədər böyük təhlükə yarada biləcəyini göstərir.

Ümid edirəm ki, bu müharibə tezliklə başa çatacaq. Mən kifayət qədər optimistəm və düşünürəm ki, bu, bir neçə gün və ya ən çoxu bir həftə çəkə bilər, lakin bundan çox davam etməz. Bununla belə, hesab edirəm ki, vəziyyət yenə də mürəkkəb olaraq qalacaq”.

O əlavə edib ki, BMT öz aktuallığını qorumaq istəyirsə, mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməli və terrorizmə, hibrid müharibəyə və gələcəkdə terror təşkilatlarına qarşı düzgün cavabın nə olacağını yenidən düşünməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti