...

Hökumət Ödəniş Portalı ilə ödənişlərin həcmi artıb

İqtisadiyyat Materials 12 Mart 2026 17:21 (UTC +04:00)
Hökumət Ödəniş Portalı ilə ödənişlərin həcmi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə emal olunan ödənişlərin həcmi 2024-cü illə müqayisədə 6.6%, o cümlədən nağdsız ödənişlərin həcmi 9.3% artıb.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Hesabat dövründə HÖP vasitəsilə 8.6 milyard manat həcmində 114.4 milyon ədəd ödəniş icra olunub. Bu ödənişlərin say üzrə 79.2%-i (90.9 milyon ədəd), həcm üzrə isə 73.1%-i (6.3 milyard manat) nağdsız formada aparılıb.

Ölkədə emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi məqsədilə yaradılmış Banklararası Kart Mərkəzinin (BKM) fəaliyyətinin davamlılığı təmin edilib. 2025-ci il ərzində BKM üzərindən 872 milyon kart əməliyyatı aparılıb, milli valyutada əməliyyatların həcmi 40.3 milyard manat, xarici valyutada isə 79.8 milyon ABŞ dolları və 23.6 milyon avro təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti