Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələri hələlik neft tankerlərini Hörmüz boğazı vasitəsilə müşayiət etməyə hazır deyil.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
Raytın sözlərinə görə, hərbi qüvvələrin hazırkı əsas diqqəti İranın hücum potensialına qarşı əməliyyatlara yönəlib.
“Bu nisbətən yaxın zamanda baş verəcək, lakin hazırda mümkün deyil,” — deyə Rayt "CNBC"yə müsahibəsində bildirib.
“Biz sadəcə olaraq hələ hazır deyilik. İndi bütün hərbi resurslarımız İranın hücum imkanlarının və bu imkanları təmin edən istehsal sənayesinin məhv edilməsinə yönəlib”.
Rayt əlavə edib ki, Hərbi Dəniz Qüvvələri ayın sonunadək müşayiət əməliyyatlarına başlamağa hazır ola bilər və bu məsələ rəsmilərlə müzakirə olunur.
