...

Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiqlənib

Siyasət Materials 12 Mart 2026 14:53 (UTC +04:00)
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiqlənib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı il fevralın 4-də Dubay şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti