Bakı.Trend:
Dünya hər zaman qarışıq olub. Antik dövrlərə baxdıqda da görürük ki, bəşəriyyət daim qarışıqlıq və münaqişələrlə üzləşib.
Trend xəbər verir ki, bu fikirləri bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində Ankara Sosial Elmlər Universitetinin Amerikaşünaslıq kafedrasının müdiri və dosenti Barin Kayaoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müasir dövrün daha təhlükəli tərəfi silahların daha güclü, sürətli və çox olmasıdır. Buna görə də faciələrin miqyası da daha böyük olur:
“Lakin XIII Qlobal Bakı Forumunun burada apardığı iş çox dəyərlidir. Burada yalnız müharibələr deyil, həm də müharibələrdən kənarda, insanlığı uzunmüddətli perspektivdə təsir edə biləcək problemlər müzakirə olunur. Bunlar nədir? Ətraf mühit, iqlim dəyişiklikləri, xəstəliklər, pandemiyalar”.
B.Kayaoğlu vurğulayıb ki, məhz belə mövzuların müzakirəsi baxımından XIII Qlobal Bakı Forumu və dünyanın müxtəlif yerlərindən mütəxəssisləri bir araya gətirən bu cür tədbirlər çox qiymətlidir.
